Bakının Səbail rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü K.Şükürova naməlum səbəblərə görə ülgüclə qollarını kəsərək intihar etmək istəyib. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.