17 Aprel 2017 11:50
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub. Məlum olub ki, hadisədən əvvəl Cavidan Seyfullayev bibisi oğlu Musa Nurullayevlə kafelərdən birində yeyib-içib.

Daha sonra metronun qarşısında gəzişiblər. Sərxoş qohumların şit zarafatları biri-birlərinin xoşuna gəlməyib. Bu zaman Cavidan bıçaqla Musa Nurullayevi vurub.

Cavidan Seyfullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Cavidan Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər