14 İyul 2014 12:45
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda çoban otardığı qoyunları oğurlayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cari ilin iyun ayının 10-da Quba rayon sakini Nurağa Abdullayev Qusar rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək may ayının 26-da Kuzun kəndinin otlaq sahəsindən 64 baş qoyununun itməsini bildirib.

Qusar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı qoyunların həmin otlaq sahəsində çoban işləyən Ucar rayon sakini Arzu Qasımov və arvadı Naibə tərəfindən oğurlanması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: