14 İyul 2014 16:42
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto
İyulun 13-də saat 13 radələrində Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Bakı şəhər sakini İsmət Feyzullayev idarə etdiyi “MAZ” markalı avtomobili aşırıb.
Daxili İşlәr Nazirliyinin saytına istinadәn xәbәr verilir ki, İ.Feyzullayev və sərnişini, oğlu Arif xəstəxanaya yerləşdirilib. Hәkimlәr İsmәt Feyzullayevin hәyatını xilas elәyә bilmәyiblәr vә o, xәstәxanada dünyasını dәyişib.
Alınan mәlumata görә, İsmәt Feyzullayev ANS-in әmәkdaşıdır. O, sürücü vәzifәsindә çalışırdı.
MAZ markalı avtomobilin ANS Şirkәtlәr Qrupuna, yoxsa dünyasını dәyişәn sürücüyә mәxsus olması ilә bağlı mәlumat yoxdur.
/publika.az/

Müəllif: