Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və oğurluqda təqsirləndirilən Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Ramin Manafov 10, Adil Hacıyev 10 il, Ruslan İbadov 8 il 2 ay, Vəfa Qaraşova 4 il 5 ay, Xədicə Qasımova isə 4 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər Əli Qarayevin Bakı şəhərində yerləşən mənzilində kirayə yaşayıblar.
Onlar mənzildən 37 min manatlıq oğurluq ediblər.
Dəstə üzvləri həmçinin, Bakı sakininin etibarından sui-istifadə edərək, saxta qızıl girov qoyaraq, onun 3200 manatlıq pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Hacı Zeynalov