Aprelin 22-də Gürcüstanın Axalkalaki şəhərində ölkə parlamentinin erməni əsilli deputatı Samvel Manukyana məxsus iki avtomobilin qəsdən yandırılmasına cəhd olunub.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, bu barədə deputatın özünə istinadən jnews.ge portalı məlumat yayıb.
Avtomobillər onun evini qarşısında olub.
Deputat fakı təsdiq edib: “Müxtəlif şübhələr var, sizi əmin edə bilərəm ki, baş verənlər mənim sahibkarlıq fəaliyyətimlə deyil, siyasi fəaliyyətimlə bağlıdır. Görək polis nə müəyyən edə biləcək”.
Deputatın qonşusu təsadüfən görüb ki, kimsə maşınların üzərinə benzin töküb və yandırıb. Hadisəni törədən şəxs qaçıb.
Faktla bağlı “Əmlaka qəsdən ziyan vurma” maddəsi üzrə cinayət işi qaldırılıb.
Nəqliyyat vasitələrdən biri tez söndürülüb, digərinə ciddi ziyan dəyib.