15 İyul 2014 12:30
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi avtomobil oğurluğunda təqsirli bilinən şəxsləri həbs edib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü Rühal Həsənov və Asiman Musayev tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, onlar iyunun 14-nə keçən gecə F.Yusifov küçəsində Ruslan Hüseynova, iyunun 19-na keçən gecə, Ak. H.Əliyev küçəsində Fərhad İsmayılova, iyunun 25-nə keçən gecə, Böyük-Şor qəsəbəsində Fərid Mahmudova, iyulun 2-də Böyük Şor qəsəbəsində Rafail Əsgərova, iyulun 4-nə keçən gecə, Daş Karxanası küçəsində İlham Nəzərova, iyulun 8-də Y.V.Cəmənzəminli küçəsində İlkin Şahmuradova məxsus “VAZ-2107” markalı, iyulun 11-nə keçən gecə isə Böyük Şor qəsəbəsində Gəncəvi Quliyevə məxsus “VAZ-21051” markalı avtomobilləri qaçırıblar. Cinayətdə şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Hacı Zeynalov


Müəllif: