Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib.
Hakim "Vetenugrunda.az" saytının baş redaktori Rövşən Əhmədli və saytın müxbiri Arzu Abdullanın zaldan çıxarılmasını tələb edib.
Bu zaman təqsirləndirilən şəxslər etiraz ediblər. Hakim hər iki jurnalisti zaldan çıxarıb və Rövşən Əhmədlinin barəsində tədbir görülməsi üçün xüsusi qərardad çıxarıb. Qərardad icra edilməsi üçün Mətbuat Şurasına göndəriləcəyi bildirilib.
Hər iki jurnlaistin zaldan çıxarılmasına təqsirləndirilən şəxslər etiraz ediblər, əks halda prosesin təxirə salınmasını istəyiblər.
Hakim prosesi mayın 8-ə qədər təxirə salıb.
Hacı Zeynalov