1 May 2017 13:53
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün günün birinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə gəlməyib.

Hakim vəkilsiz prosesin davam etdirilməsinin mümkün olmadığını açıqlayıb. Növbəti proses mayın 8-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər