2 May 2017 12:32
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Nurlan Quliyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses mayın 25-də davam edəcək.

Nurlan Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

O, bacısını qaçırdığı üçün dayısı oğlu Mahiri bıçaqlayaraq öldürüb. Bacısı isə məhkəmədə dayısı oğlunu sevdiyini və könüllü qaçdığını deyib.

Nurlan Quliyev dayısı oğlunu bacısı ilə toy edəndən 2 ay sonra öldürüb və qətli törətməsini namusunu təmizləmək istəyi ilə izah edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər