2 May 2017 20:58
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda yaşayan qadın şantaj edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Samirə Əliyeva (ad və soyad şərtidir - red.) hüquq-mühafizə orqanlarına müraciət edib.

O, bildirib ki, Mingəçevir şəhər sakini Pünhan Abdullayev ilə sosial şəbəkədə tanış olub. Onların tanışlığı sonradan isti münasibətə çevrilib.

Pünhan Abdullayev Samirə ilə intim əlaqədə olarkən, onu videoya çəkib. Daha sonra o, qadını videoları sosial şəbəkələrdə yayacağı ilə hədələyib və 1500 manat pul tələb edib.

Samirə Əliyevanın şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat həyata keçirib.

İdarə əməkdaşları tərəfindən Pünhan Əliyev Samirədən 1500 manatı alarkən həbs edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər