15 İyul 2014 16:55
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Bayram Kürdəxanlı kimi tanınan meyxanaçı Bayramqulu Quliyevi həbs ediblər. Onun üzərinə baxış kecirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb.


Alınan məlumata görə, saxlanılan şəxs tanışının ad günü mərasiminə qatıldığını deyir: "Qapını açanda polisləri gördüm, qollarımı burub, məni idarəyə gətirdilər".

İdarənin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlı narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib: "22 yaşımdan, nəşə çəkirəm. Məclislərdə mənə narkotik təklif edirlər ki, təbim gəlsin".

1984 -ci ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı vaxtilə ineksiya yolu ilə narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: "Onun ağrıları çox pis olur".

Sabunçu polisindən bildirilib ki, onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.

/axşam.az/


Müəllif: