15 İyul 2014 17:05
928
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Quba rayonunun Zərdabi kənd sakinləri, 1976-cı il təvəllüdlü Ağamalıyev Səxavət Kamil oğlu və onun oğlu, 1997-ci il təvəllüdlü Firuz Ağamaliyev müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildiriblər ki, F. Ağamalıyevin vəziyyəti yaxşı olduğundan o, ambulator müalicə üçün evə buraxılıb. Bel nahiyəsindən bıçaq xəsarəti alan S. Ağamalıyev isə əməliyyat olunub. Onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxs və ya şəxslərin tutulub istintaqa verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.

/apa/


Müəllif: