Teleqraf.com xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Mayın 2-də Masazır qəsəbəsindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlanması barədə Abşeron rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının əməliyyatı nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov