5 May 2017 10:17
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin üzərinə həbs qoyulan əmlaklarının siyahısı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinə daxil olan cinayət işində qeyd olunub.

Məlumata görə, İlqar Əliyevə məxsus 798 min manat dəyərində Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi, üzərində inşa edilmiş iki mərtəbəli yaşayış evi, 418 min manat dəyərində N.Nərimanov prospekti ev “A”, 528-ci məhəllə, mənzil 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, 12 min manat dəyərində Nabran kəndində yerləşən 0,06 hektar torpaq sahəsi, 12 min 400 manat dəyərində Şamaxı rayonu Avaxıl kəndində yerləşən 0,11 və 0,01 hektar torpaq sahələri, 170 min manat dəyərində Xəzər rayonu Mərdəkan qəsəbəsində torpaq və bağ sahəsi, 21 min manat dəyərində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi, 114 min manat dəyərində Göyçay şəhəri, R.Rza küçəsi 08a saylı ünvanda yerləşən daşınmaz əmlak, 7 min 200 manat dəyərində Göyçay rayonunun Çərəkə kəndində 2 hektar torpaq sahəsinin üzərinə həbs qoyulub.

Qeyd edək ki, İlqar Əliyev MTN olayları baş verəndən sonra həbs edilib. O, 2015-ci ilin dekabrın 15-də istintaqa ifadə verib və bu ifadəni verəndən beş gün sonra, yəni dekabrın 20-də özünü asıb.

Həmin ilin dekabrın 25-də isə Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev həbs edilib.

İlqar Əliyev intihar edəndən sonra onun barəsində olan cinayət təqibinə xitam verilib.

Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər