Teleqraf.com xəbər verir ki, 1988-ci il təvəllüdlü rayon sakini Əli Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Əli Qasımovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov