Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadiqovun sədrliyi ilə keçirilən iclasda hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Fərid Əhmədov və Nigar Ağayeva ötən il iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manat dəyərində qızıl əşya oğurlamaqda təqsirli biliniblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində tutulublar. Onların sevgili olduğu deyilirdi.
Hacı Zeynalov