Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Ceyhun Mustafayev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Binəqədi rayonunda olan taxta sexində baş verib. Orada işləyən işçinin Ceyhun Mustafayevə borcu olub.
Pulunu istəyən Ceyhun Mustafayevlə həmin şəxs mübahisə edib. Mübahisənin sonluğu qanlı hadisə başa çatıb. Ceyhun Mustafayev iş yoldaşına bıçaqla zərbə vurub. Zərərçəkən xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Ceyhun Mustafev isə bir müddət istintaqdan yayınsa da, sonda polis əməkdaşları tərəfindən həbs edilib.
Ceyhun Mustafev əvvəllər məhkumluq həyatı yaşayıb.
Hacı Zeynalov