Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvar ayında Badamdar yolu küçəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağabala Əhmədov tutulub.
Onun cari ilin yanvar-mart ayları ərzində həmin küçədə daha 4 evin həyətyanı sahələrindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov