10 May 2017 21:42
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vambo Aurelienin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prokuror cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib. Bu səbəbdən məhkəmənin hazırlıq iclasının davamı mayın 17-nə təyin edilib.

İttihama görə, bu ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri bildirib ki, tanımadığı şəxslər onun etimadını qazanaraq 20 min dollarını guya xüsusi kimyəvi vasitələrlə 40 min dollara çevirəcəyi adı ilə aldadaraq ələ keçirib.

Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo saxlanılıb.

O, bir qrup şəxslə əlbir olaraq, Azərbaycanda keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildirib.

Dəstənin digər üzvlərinin cinayət işinə ayrıca icraatda baxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər