12 May 2017 11:40
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq "JEK" müdirinə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Namiq Quliyev cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 400 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyev 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Namiq Quliyev Nərimanov rayonunda yerləşən "JEK"lərdən birində rəis olub.

O, torpaq sahələrinin özəlləşdirilməsi adı ilə vətəndaşlardan 400 min manat alıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər