Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə 24 yaşlı Ramil Əbilov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı da çıxışında Ramil Əbilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib.
Masallı rayon sakini Ramil Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb, evdə olan 800 manat pul və bir ədəd kompüter aparıb.
Hacı Zeynalov