12 May 2017 16:03
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bəzi detallar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinə daxil olan cinayət işində MTN agenti qəzet baş redaktorunun hansı epizod üzrə məlumatları çatdırdığı qeyd olunub.

Bildirilir ki, etibarlı şəxs “TT” ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə münasibət qurub. MTN-ə agent kimi cəlb olunan baş redaktor Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə etibarlı şəxsə məlumat verib.

Buna görə Elçin Quliyevin 30 yanvar 2014-cü il tarixli raportu ilə ona 10 min manat miqdarında birdəfəlik pul mükafatı verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər