16 İyul 2014 13:10
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada dünyanın ən varlı ermənilərindən biri sayılan, dünyadakı erməni diasporunun nümayəndəsi Levon Ayrapetyanı həbs ediblər.

Xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat Rusiya İstintaq Komitəsinin “kinqiseppski” cinayətkar qruplaşmasının fəaliyyəti ilə araşdırma çərçivəsində keçirilib. Levon Ayrapetyan iyulun 15-də “Domodedovo” hava limanında Monakodan gələrkən saxlanılıb. Ona rəsmi ittiham elan olunub və yaxın zamanda iş Moskvanın Basmannı məhkəməsinə veriləcək.

Levon Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı nümayəndəsindən biri hesab olunur. Həmin siyahıya amerikalı biznesmen Kirk Kerkoryan rəhbərlik edir. O, ABŞ-ın ən iri “Tracinda Corporation”un yaradıcısı və prezidentidir. Ayrapetyan qondarma “erməni soyqırımı”nın dünya səviyyəsində tanınmasına da lobbiçilik edir.

/modern.az/


Müəllif: