Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Abdul Manafovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Abdul Manafov 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, Nəsimi rayonu ərazisində həbs edilib. Üzərində külli miqdarda narkotik vasitə aşkar olunub.
Hacı Zeynalov