Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə Vidadi Zeynalovun vəkilləri gəlməyib.
Səhər saat 10.00-a təyin edilən məhkəmə iclasına Vidadi Zeynalovun 4 vəkilinin qatılmaması səbəbi ilə prosesi saat 14:00-dək təxirə salınıb.
Günortadan sonra başlamalı olan məhkəmə prosesi yenə təxirə düşüb. Səbəb Vidadi Zeynalovun vəkillərinin prosesə günortadan sonra da qoşulmaması olub.
Vidadi Zeynalov vəkillərindən xəbərsiz oludğunu deyib. Digər vəkillər buna etiraz ediblər. Təqsirləndirilənlərdən Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, vəkillər gəlməyəcəksə, qabaqcadan xəbərdarlıq etməlidirlər: “11 nəfər təqsirləndirilən şəxsi həbsxanadan gətiriblər, vəkillər buradadır. Amma proses baş tutmur. Əgər məhkəməni uzatmaq istəyirlərsə, əvvəlcədən desinlər, nə qədər vaxt istəyirlər. Biz başqa prosesə gedə, iş görə bilmirik”.
Hakim vəkillərin tapılması, onlarla əlaqə saxlanıması üçün məhkəmə iclasının bu gün saat 17:00-dək növbəti dəfə təxirə salıb.
Hacı Zeynalov