Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə Maşallah Əhmədovun oğlu ilə zərərçəkmiş Yusif Əzizov razılşmayıb.
Əvvəlcə qara aqlay daş verməyə razılaşsalar da, Maşallah Əhmədovun oğlu ağ aqlay vermək istəyib. Bununla razılaşma pozulub.
Maşallah Əhmədovun vəkili Əli Hüseynov daşların xaricdən gətirilməsi üçün rüsumun müəyyən edilməsi üçün sorğu göndərilməsini istəyib. Lakin hakim bunu mümkünsüz sayıb.
Hakim həmçinin bildirib ki, zərərçəkmiş xəstə olması səbəbindən prosesdə iştirak etmir. Proses mayın 24-ə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib.
Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəza verilməsini istəyir.
Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.