20 May 2017 11:26
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Həsən Əliyev küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Bakı şəhər sakini Asif Səfərov yaşadığı evin həyətində naməlum şəraitdə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Asif Səfərov gecə saatlarında tanımadığı şəxslər tərəfindən küçəyə çağırılıb. Həmin vaxt mübahisə qanlı olayla nəticələnib. İlkin ehtimala görə, hadisə qız üstündə baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər