17 İyul 2014 10:50
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dələduzluq cinayətlərinin sayı artıb.

Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən 2014-cü ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, dələduzluq cinayətlərinin əksəriyyəti qulluq mövqeyindən istifadə etməklə törədilən cinayətlərdir. Ona görə də onlar korrupsiya cinayətləri hesab edilir: "Biz digər dövlət qurumları, Baş prokurorluğun digər qurumları, eləcə də vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq qurmasaq, korrupsiyaya qarşı səmərəli mübarizə apara bilmərik".

Baş İdarənin rəisi bldirib ki, tendensiya onu göstərir ki, "qaynar xətt"ə daxil olan müraciətlərin sayı azalıb. Bu isə "ASAN xidmət" mərkəzlərinin açılması və digər xidmət sahələrini əhatə etməsi ilə bağlıdır: "Qaynar xətt"ə daxil olan məlumatların çoxu əsasən ümumi xarakter daşıyıb. Əvvəlllər konkret rüşvət faktları ilə bağlı idisə, indi korrupsiyaya şərait yaradan səbəblər barədə olur. Belə bir tendensiyanın olması xəbər verir ki, biz daha çox digər sahələrdə, əsasən əməliyyat-axtarış qurumlarının fəaliyyətini təkmilləşməliyik".
O, əlavə edib ki, bəzən vətəndaşlar cinayət işinin gedişində ifadələrin verilməsində fəallıq göstərmirlər: "Biz vətəndaşların köməyi ilə antikorrupsiya mühitini yarada bilərik. Hesab edirəm ki, bu sahədə müəyyən işlər görülməlidir".

O, həmçinin bildirib ki, Baş İdarəyə hüquq-mühafizə orqanlarından 38 material daxil olub. Onlardan 7-si həmin dövlət qurumlarının öz əməkdaşları barəsində olub.


Müəllif: