26 May 2017 10:24
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Namiq Əkbərzadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Namiq Əkbərzadənin apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Əkbərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Namiq Əkbərzadə apelyasiya şikayəti vermişdi və barəsində olan cəzanın azaldılmasını xahiş edirdi.

İttihama görə, Xətai rayonunda 1979-cü il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.

Məlum olub ki, Dilarə Hüseynovanı 1974-cü il təvvəllüdlü əri Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Dəhşətli cinayət ailənin iki azyaşlı övladlarının gözləri qarşısında baş verib.

Əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Namiq Əkbərzadə narkotik maddə istifadəçisi olub.

Namiq Əkbərzadənin sözlərinə görə, hadisə baş verən günü Dilarə ona “uşaq səndən deyil” deyib. Buna görə dı aralarında mübahisə baş verib, onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər