17 İyul 2014 12:48
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, əməliyyat nəticəsində Gəncə şəhər sakini Namiq Musayev həbs edilib. Namiq Musayevin kirayədə yaşadığı həyətinə baxış zamanı narkotik bitkilər aşkar olunub. Onun narkotik bitkiləri əkib-becərməsi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: