17 İyul 2014 13:57
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

36 yaşlı aktrisa ömrünün 18 ilini həbsxanada keçirəcək

ABŞ prezidenti Barak Obamanı zəhərləmək istəyən keçmiş aktrisaya hökm oxunub.

36 yaşlı Şennon Rocers Qess Riçardson 18 il müddətinə azadlıqdan məhrum edilib.

Texas məhkəməsi Şennon Riçardson əməlindən peşman olduğuna görə, onun cəza müddətini artırmayıb.

Həbs cəzasından başqa Şennon 367 000 min dollar dəyərində cərimə də ödəməlidir.

Qeyd edək ki, 36 yaşlı Şennon Riçardson ABŞ prezidenti Barak Obama və Nyu-Yorkun keçmiş meri Maykl Bloombergə içində zəhər olan məktub yollamışdı. Polis onu ötən ilin iyun ayında Texas ştatında həbs edib.

/ans press/


Müəllif: