30 May 2017 15:17
1 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərində iki azərbaycanlı güllələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar Gürcüstan vətəndaşları İlham Hacıyev və Oktay Arxalıdır. Hər iki şəxs yüngül xəsarət alıb.

Araşdırmalar zamanı onların kriminal aləmdə "Lotu Quli" kimi tanınan avtoritet Nadir Səlifovun yaxın adamları olduğu aydınlaşıb. İlham Hacıyevin 2014-cü ildə Sankt-Peterburq şəhərində Qulinin düşməni Əli Heydərova (Albert Rıjiy) qarşı sui-qəsdlə birbaşa əlaqəli olduğu deyilir.

Odessada baş verən insidentin arxasında digər avtoritet Rafiq Eyvazovun (Rafiq Masallinski) dayandığı bildirilib.

Qeyd edək ki, İstanbulda Qulinin adamları tərəfindən öldürülən kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qəbri üstündə and içən Masallinski Nadir Səlifova qan intiqamı elan edib.


Müəllif: Samir

Oxşar xəbərlər