31 May 2017 10:57
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə- qorxu ilə pul tələb etməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elməddin Fərzəliyevə ittiham olunduğu Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə bəraət verilib. O, narkotik maddələrin qanunsuz dövriyyəsindən təqsirli bilinib və 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Elməddin Fərzəliyevə 8 il cəza istəmişdi.

Elməddin Fərzəliyev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) və 234-cü (narkotik vasitələrin qaunusuz əldə etmə) maddələri ilə ittiham edilirdi.
İttihama görə, zərərçəkmiş Qurbanəli Səfərov şikayətində bildirib ki, Elməddin Fərzəliyev "Neftçilər" metrosu yaxınlığındakı kafedə ondan 1000 manat tələb edib. O, 400 manat verdiyini bildirib.

Zərərçəkənin şikayəti əsasında Elməddin Fərzəliyev saxlanılıb.Elməddin Səfərov kriminal aləmdə "Elməddin Vasmoyski" ləqəbi ilə tanınır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər