1 İyun 2017 14:16
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhləməsində qeyri-rəsmi münasibətdə yaşadığı qadını bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Məzahir Nurəliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsə hökm oxunub.

Məzahir Nurəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin dekabrında Şüvəlan qəsəbəsində baş verib. Məzahir Nurəliyev aralarımda yaranmış münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu Aygün Kərimovaya bıçaqla xəsarət yetirib.

Aygün Kərimova məhkəmə istintaqı zamanı onu bəçaqlayan sevgilisini bağışlayıb.


Müəllif: Hacı Zeynalov