1 İyun 2017 15:40
2 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qadın şantaj edilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayon sakini Rakif Quliyev həbs edilib.

Məlumata görə, Rakif Quliyev sosial şəbəkədə Bakı şəhər sakini Əfsanə Babayeva (ad və soyad şərti verilib –H. Z.) ilə tanış olub. Tanışlıq sevgi münasibətlərinə çevrilib. Onlar sosial şəbəkədə biri-birlərinə şəkillər göndəriblər. Əfsanə Babayeva lüt şəkillərini də yollayıb.

Rakif Quliyev lüt şəkilləri yayacağını və Əfsanəni rüsvay edəcəyi ilə hədələyib. Əvəzində pul tələb edib. Əfsanə Babayeva Rakif Quliyevə bir neçə dəfə pul verib.

Sonda Rakif Quliyev Əfsanədən 3 min dollar verməsini tələb edib. Qadın əvvəlcə bütün qızıllarını satıb, 3 min dollar düzlədib. Sonra şantaj olunması ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

Mətbuat prospektində Rakif Quliyev 3 min dolları Əfsanə Babayevadan alarkən yaxalanıb və həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov