2 İyun 2017 10:20
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində iki bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Aqil Musayev naməlum şəraitdə bıçaqlanıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Aqil Musayevin kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Gəncədə iki nəfərin mübahisəsi də bıçaqlanma ilə nəticələnib. 1970-ci il təvəllüdlü Gülüstan qəsəbə sakini Elşən Həsənov tanımadığı şəxslə mübahisə edib. Mübahisə sonda davaya çevrilib, naməlum şəxs Elşən Həsənovu bıçaqlayıb və hadisə yerindən qaçıb.

Elşən Həsənov xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov