2 İyun 2017 17:36
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrlik etdiyi prosesdə prokuror çıxış edib.

O, Fikrət Fərəməzoğlunun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 9-da davam edəcək.

İttihama görə, Xətai rayonundakı restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlu rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.


Müəllif: Hacı Zeynalov