2 İyun 2017 23:12
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Surət Məmmədov, Fərhad Abdullayev və Sevinc Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Surət Məmmədov 6 il, Sevinc Hüseynova 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilən Fərhad Abdullayev isə 5 il həbs cəzası alıb. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, ötən ilin yayında paytaxtda yerləşən kafelərin birində təqsirləndirilən şəxslər kafeyə müştəri kimi gələn zərərçəkmişə qarşı soyğunçuluq edib və onun 350 manat pulunu əlindən alıblar.

Bildirilir ki, Surət Məmmədovla Sevinc Hüseynova zərərçəkmişi kafeyə çağırıblar. Orada zərərçəkmişin pulunu əlindən alıblar. Onlara bu işdə Fərhad Abdullayev köməklik göstərib.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com