3 İyun 2017 12:27
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1931-ci il təvəllüdlü Bakı şəhər sakini Nikolay Qabulxayevin yaşadığı evində meyiti aşkarlanıb.

Araşdırmalar zamanı onun üzərində zorakılıq əlamətləri müəyyən edilib. Bu səbəbdən Nikolay Qabulxayevin qətlə yetirildiyi ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin həbsi üçün əməliyyat tədbirləri keçirir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov