3 İyun 2017 16:56

Bakının Suraxanı rayonunda polis tərəfindən saxlanılan şəxsin oğurluq etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ötən gecə saat 2 radələrində Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində “VAZ-21011” markalı avtomobil şübhə doğurduğundan ərazidə xidmət aparan Post-patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobili idarə edən Bakı şəhər sakini Vüqar Əliyevin sənədləri yoxlanılıb və zəruri dəqiqləşdirilmə aparmaq üçün o, avtomobillə birgə 30-cu polis bölməsinə gətirilib.

Əməliyyat tədbirləri ilə həmin avtomobilin Bakı şəhərində yaşayan Mirağa Kazımovun ötən il avqustun 12-də qaçırılması, üzərindəki dövlət qeydiyyat nişanlarının isə digər avtomobilə - paytaxt sakini Hacıağa Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobilin olduğu aşkar edilib.


Müəllif: Hacı Zeynalov
Загрузка...