3 İyun 2017 21:15
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda dələduzluq faktı aşkar olunub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini İsmayıl Cəfərov dələduzluqla üzləşməsi ilə bağlı Xəzər rayon Polis İdarəsinə müraciət edib.

O, bildirib ki, 12500 manat dəyərində inşaat materiallarını Sabirabad rayon sakini İlkin Əliyevə verib. Qeyd edib ki, ötən ilin oktyabrın 6-da tikinti materiallarını İlkin Əliyevə versə də, ondan pulunu ala bilməyib.

Məlumata görə, İsmayıl Cəfərov tikinti materiallarının topdan satışı ilə məşğul olub.

Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İlkin Əliyev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov