17 İyul 2014 17:31
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avesta” konserninin ofisindən oğurluq etməkdə ittiham olunan Füzuli Nəbiyev və Əlizamin Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il, dekabrın 7-də iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” konserninin ofisindən oğurluq olub.

Bu yaxınlara kimi Hacı İbrahimin mühafizə xidmətinin rəhbəri işləmiş Füzuli Nəbiyev və onun yaxın qohumu Əlizamin Əliyev sözügedən konsernə gələrək maaş almaq adı ilə mühasib Vüqar Bayramovun boğazına bıçaq dirəyərək ondan kassadakı 135 min manatı zorla alıb qaçıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) təqsirli bilinib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 7 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.Onların həbsdə olduqları müddətlə cəza təyin edilmiş vaxt hesablanıb və onlar məhkəmə zalından azadlığa buraxılıblar.


Müəllif: