4 İyun 2017 13:53
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tver vilayətində odlu silahla 8 nəfəri qətlə yetirən şəxs həbs olunub.

Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin açıqlamasına görə, hadisəni törətməkdə şübhəli bilinən əvvəllər heç vaxt məhkum olunmayan 45 yaşlı Moskva sakinidir.

Redkino qəsəbəsində bağçılıq dərnəyindəki tədbirə elektrik işləri görmək üçün çağırılmış şəxs məclis üzvləri ilə birlikdə spirtli içki qəbul edib. Bir müddət sonra onlarla mübahisəsi düşən elektrik məclisdən çıxaraq, öz evinə gedib və odlu silah götürərək geri qayıdıb.

Ümumilikdə 6-sı kişi və 2-si qadın olmaqla 8 nəfəri qətlə yetirən Moskva sakini hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Nərgiz