5 İyun 2017 00:42

Saatlı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olan məlumat əsasında Saatlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Faiq Rzayev həbs edilib.

Onun evinə baxış zamanı oradan 7,36 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə kultivasiya yolu ilə yetişdirilən 61 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com
Загрузка...