5 İyun 2017 14:14
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Səfər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrlik etdiyi prosesdə şahid qismində Ruslan Məmmədov ifadə verib.

Səbail Rayon Polis İdarəsi narkotiklərlə mübarizə idarəsinin rəisi olan şahid bildirib ki, 2017-cı ilin yanvarın əvvəlində o, Səfər İbrahimovun narkotik alveri ilə məşğul olduğuna dair məlumat alıb:

"Yanvarın 15-də onu saxlayıb yoxladıq. Şalvarının cibindən 200 manat pul və marixuana aşkar edildi. Əlində qara rəngli çanta vardı, ondan da marixuana çıxdı. Dedi, özüm üçün yığmışam, amma marixuana çox idi. İzahında bildirdi ki, qalanını dəyişib heroin alacaqdım".

Növbəti proses iyunun 12-də davam edəcək.


Müəllif: Hacı Zeynalov