5 İyun 2017 14:35
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin Qoşa Təpə gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 1 ədəd bükümdə xalis çəkisi 1,560 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət