17 İyul 2014 18:39
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxanaya narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Teleqraf.com Ədliyyə Nazirliyinin Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Vüsal Saleh oğlu Ataşova xalası oğlu Nurlan Allahverdi oğlu Nuriyevin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı konfetlərlə dolu olan sellofan paketin içərisində gizlədilmiş, xalis çəkisi 10,588 qram olan narkotik vasitə - "Tiryək", 2,90 qram olan narkotik vasitə - "həşiş", 1,462 qram olan narkotik vasitə - "heroin" və 1,706 qram olan narkotik vasitə - "kokain" aşkar edilərək götürülmüşdür.

Fakt üzrə araşdırma aparılır.


Müəllif: