18 İyul 2014 10:42
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri əkib-becərməkdə ittiham olunan Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Rauf Dadaşovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rauf Dadaşov yaşadığı Kürdəmir rayonunu Atakişili kəndində yerləşən evinin həyətində yerləşən əl damında 3 ədəd dibçəkdə çətənə kolu əkib. 18 iyul 2013-cü il tarixdə Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitə aşkar edilib.

Bundan başqa o, 2013-cü ilin iyul ayının əvvəllərində Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə narkotik vasitə olan 107,789 qram çəkidə “tiryək”i əldə edib. O, həmin narkotik vasitəni yaşadığı Kürdəmir rayonunun Atakişili kəndinə daşıyaraq evinin həyətindəki əl damında gizlədib. Polis həmin narkotik vasitəni də aşkarlayıb.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rauf Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: