18 İyul 2014 10:46
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlıda mal-qara oğruluğu ilə məşğul olan qohumlar yaxalanıb.


Saatlı Rayon Polis Şöbəsindən verilən məlumata görə, Saatlı rayon Dəllər kənd sakini Rəşid Əmiraslanov polisə müraciət edərək bir baş iribuynuzlu heyvanının oğurlandığını bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər - Saatlı rayon sakini Elsəvən Həkimov, onun qardaşı Sahil Həkimov, yetkinlik yaşına çatmayan oğlu Əleykə Həkimov və dayısı oğlu Elməddin Abdullayev polis tərəfindən saxlanılıb.

İstintaq zamanı müəyyən olub ki, qohumlar təkcə may və iyul aylarında 8 oğurluq hadisəsi törədiblər.

Onlar əsasən Araz çayı boyunca örüş sahələrində nəzarətsiz qalan heyvanların oğurluğu ilə məşğul olublar. Qohumlar may ayında rayon sakinləri Abasət Fətullayev, Azad Həsənov, Xanbaba Fətiyev, Dəyanət Talıbov, iyun ayında isə rayon sakinləri Ağamehdi Əzizov, Xanbala Ağayev və Xanbala Xanbabayevə məxsus iribuynuzlu heyvanları oğurlayıblar.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

/apa/


Müəllif: